“Kadis”in 2 futbolçusu və 2 məşqçisi İspaniya Futbol Federasiyası tərəfindən sərt cəzalandırılıb.

Futbolinfo.az xəbər verir ki, buna sözügedən komandanın La Liqanın 25-ci turunda baş tutan “Xetafe” ilə ev oyununda baş verənlər səbəb olub.

2:2 hesabıyla bitən həmin matçda meydan sahibləri 90+16-cı dəqiqədə penaltidən buraxdıqları qolla qələbəni əldən vermişdilər. Məhz həmin qoldan sonra iki komandanın futbolçuları arasında dava düşmüşdü. Olayların böyüməsində əsas səbəbkarlardan biri olan meydan sahiblərinin yarımmüdafiəçisi İsaak Karselen birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Karselen 3 oyunluq cəzaya layiq görülüb. “Kadis”in qapıçısı Xeremias Ledesma isə 4 oyunluq cəzalandırılıb. La Liqa təmsilçisinin qapıçılarla iş üzrə məşqçisi Lolo Bokardoya 6, köməkçi məşqçi Dieqo Riberaya isə 4 oyunluq cəza verilib. Bu azmış kimi, kluba 500 min avro cərimə də kəsilib.

Shares: