“İlk hissədə yaxşı oynadıq” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Abbas İbrahim deyib.

O, Misli Premyer Liqasının 27-ci turunda “Sabah”a qarşı keçirdikləri matçdan danışıb: “Rəqibi yaxşı analiz etmişdik. Demək olar ki, hər şeyi öyrənmişdik. Əks-hücumlarda güclü olduğunu da bilirdik. Matçdan çox şey öyrəndik. Növbəti dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Nigeriyalı futbolçu matçın 7-ci dəqiqəsində Amin Seydiyevin Andrey Lukoviçə qarşı kobud oynadığı epizodun qırmızı vərəqəlik olduğunu düşünür: “VAR həmin epizodu yoxlamalı idi. Daha yaxşı və dəqiq qərar vermək lazım idi”.

Shares: