“Turan Tovuz” tezliklə yeni futbolçu ilə güclənəcək. Bölgə klubu Panama millisinin müdafiəçisini heyətinə qatacaq. Futbolçu yezliklə ölkəmizə gələcək və çempionatda yaranan fasilədə komandaya uyğunlaşmaq üçün tovuzluların məşqlərinə qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, Roderik Miller azad agentdir. Zədə üzündən bir müddətdir futbol oynamayan müdafiəçinin sifariş edilməsi bu üzdən problem olmayacaq.
Panama millisində keçirdiyi 33 oyunda 1 qol vurmağı bacaran mərkəz müdafiəçisi, vətənində, eləcə də Amerika qitəsində bir çox klubda oynayıb. Portuqaliyada, Qazaxıstanda da çıxış etmiş oyunçu son illər İraq klublarında forma geyib. Yanvarda “Al-Mina”dan ayrılan futbolçu hazırda azad agentdir.
Baş məşqçi Ayxan Abbasovun bəyəndiyi oyunçunun hazırlıq səviyyəsi imkan versə, Miller artıq növbəti turdan etibarən “Turan Tovuz”a kömək edə biləcək. Onunla bir il uzadılması mümkün olan, mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlanacaq.