Yulian Alvares “Mançester Siti” ilə yeni müqavilə imzalayıb. İngiltərə klubuna ötən yay gələn argentinalı, qısa müddətdə ümidləri doğrultduğu üçün onunla anlaşmanın müddəti 2028-ci ilin yayına kimi uzadılıb.

Futbolinfo.az xəbər verir ki, Alvares imza mərasimindən sonra təəssüratlarını bölüşüb: “Uyğunlaşmaq çətin olmadı. Cənubi Amerikanın ən böyük klublarından birindən Avropanın ən böyük klublarından birinə gəlmişdim. Bir çox ortaq nöqtələr var idi. Bu işlərimi asanlaşdırdı”.

Qətərdə dünya çempionu olduqdan sonra bir sıra klubların diqqət mərkəzinə düşən hücumçu Mançesterdə qaldığı üçün məmnundur: “İndi mövsümün qalan hissəsində komandaya yardım etmək, hədəflərimizə çatmaqda fayda vermək istəyirəm. Meydanda və ya ehtiyatda olmağım fərq etmir, əsas olan uğurlarda rol oynamaqdır”.

Shares: