Viktor Osimhen Didye Droqbadan ilham alırmış. Nigeriyalı hücumçu İtaliya mətbuatına müsahibəsində kumirindən danışıb.

“Napoli”də qolları sıralayan və komandasını A Seriyası çempionluğuna doğru aparan Osimhen deyib: “Uşaq ikən onu izləməkdən xoşum gəlirdi. Droqba idealım idi. Əla oynayırdı, etdikləri inanılmaz idi. Həmişə onun kimi olmaq istəyirdim”.

Viktor Çempionlar Liqasında qol vurmağa davam edərkən də Didyeni düşünür: “Onun damğa vurduğu bir yarışda oynadığım üçün xoşbəxtəm. Onun kimi qollar vurmağadavam etmək niyyətindəyəm. Neapol azarkeşləri də məni cəsarətləndirir. Burada futbol coşqusu izah edilə bilməyəcək bir hissdir”.

Shares: