“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibə verib. Milli komandamızın üzvü yığmanın qarşıdakı oyunlarına da toxunub.

Təcrübəli yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsindəki ilk iki oyunun çətin keçəcəyini bildirib: “Əlbəttə ki, çətin olacaq. Hər iki rəqib böyük futbol ənənəsi olan ölkə təmsilçisidir. Yığmaları daim yaxşı nəticələri ilə seçilib. Ancaq bu gün Avropada zəif rəqib yoxdur. İnkişaf etmək üçün hər bir komanda ilə mübarizə aparmağı bacarmalıyıq. Üstəlik, millinin forması altında meydana çıxırsansa, rəqibin adının fərqi olmamalıdır. Meydana çıxıb, sona kimi var qüvvəmizlə mübarizə aparmalıyıq”.

Camalov millinin son 5 oyundakı uğurli nəticələrinin davamını gətirməyə çalışacaqlarını deyib: “Onsuz da qrupdakı bütün rəqiblərlə qarşılaşacağıq. Kiminlə əvvəl, kiminlə sonra görüşməyin elə bir fərqi yoxdur. Meydandan yaxşı nəticə ilə ayrılmaq üçün maksimum gücümüzlə çalışacağıq”.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 27-də isə İsveçin qonağı olacaq.

Shares: