“Yuventus” yayda müdafiə xəttini gücləndirmək niyyətindədir. Turinlilər axtardığını İngiltərədə tapıb.
Futbolinfo.az xəbər verir ki, “Qoca Sinyora” “Mançester Siti”də əsas heyətdə yerini itirmiş Emerik Laportu transfer etməyə çalışır. Mövsüm bitən kimi futbolçu üçün rəsmi təklif göndəriləcək.
Düzdür, maliyyə problemləri üzündən keçidin həll olunması çətin görünür. Çünki “Siti” 2025-ci ilin yayına kimi müqaviləsi olan 28 yaşlı müdafiəçini baha qiymətə satmaq istəyəcək. 2018-ci ilin yanvarında “Atletik”dən 65 milyon avroya alınan futbolçu son vaxtlar az oynasa da, transferi dəyəri yüksək dəyərləndirilir.