“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili, “Sabah”ın hücumçusu Davit Volkov və “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət alıblar.

Futbolinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq, Norveçlə isə AÇ-2024-ün seçmə mərhələ oyunlarına Azərbaycan Premyer Liqasında çıxış edən legionerləri də çağırıb.

Qarşılaşmalar müvafiq olaraq martın 25-də və 28-də Batumidə baş tutacaq.

Shares: