Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İspaniyanın “Betis” komandası ilə cavab oyunu “Mançester Yunayted”in hücumçusu Markus Raşford üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, komandasının 1:0 hesabıyla qalib gəldiyi oyundakı yeganə qolu məhz 25 yaşlı futbolçu vurub.

Bu, onun “Mançester Yunayted”in heyətində avrokuboklarda vurduğu 25-ci qoldur. Raşford “qırmızı şeytanlar”ın tarixində avrokuboklarda 25 qol həddinə ən gənc yaşda çatan futbolçuya çevrilib.

Raşford avrokuboklarda vurduğu qol sayına görə Kristiano Ronaldonu da geridə qoyub. Hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in formasını geyinən 38 yaşlı portuqaliyalı vaxtilə “Mançester Yunayted”in heyətində avrokuboklarda 24 dəfə fərqlənib. Raşford klub tarixində avrokuboklarda vurulan qolların sayına görə isə 6-cı yeri tutur. Rekord Ueyn Runiyə məxsusdur – 39 qol!

Raşford klubu ilə yanaşı, İngiltərənin də tarixinə düşüb. O, avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli oyunçu rekordunu yeniləyib.

Shares: