“Ayaks”ın müdafiəçisi Jurrien Timber “Bayern”ə keçə bilər. Münhenlilər illərdi izlədiyi istedadı yayda heyətinə qatmaq üçün səy göstərəcək.

Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, transfer dəyəri 40-50 milyon avro olan oyunçu Benjamin Pavara əvəzedici olaraq düşünülür. Fransa yığmasının üzvü mövsüm bitən kimi Almaniya klubundan ayrılmağa qərar verib. Bundesliqanın lideri onu əvəzləmək üçün məhz Timberi seçib.

Pavarın müqaviləsinin bitməsinə hələ bir il qalıb. Amma cinah müdafiəçisi müqavilə müddətini uzatmaq istəmir. “Bayern” onu azad agent kimi itirməmək üçün bu yay satmaq fikrindədir.

“Ayaks” yetirməsi olan Timberin isə Amsterdam klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var. Niderland klubu sərfəli təklif gələcəyi halda 21 yaşlı oyunçunu satmağın əleyhinə deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp