Milli komandamızın üzvü Mahir Emreli Türkiyə Super Liqasında növbəti oyununa çıxıb. O, “Qalatasaray”la ev oyununda “Konyaspor”un start heyətində görünüb.

Futbolinfo.az xəbər verir ki, bir neçə epizodda istanbullara çətin anlar yaşadan hücumçu 79 dəqiqə meydanda olub. Sarı vərəqə almağa da imkan tapan Mahir liderlə görüşdə yaxşı təsir bağışlayıb.

Xatırladaq ki, son dəqiqələri oynanılan matçda hesab bərabərdir. “Qalatasaray” ilk yarıda önə keçsə də, konyalılar fasilədən sonra cavab qolunu vurub. Bu, meydan sahiblərinin 5 matçdan sonra, eyni zamanda hazırkı baş məşqçinin vaxtında vurduğu ilk qoldur.

Shares: