“Barselona”nın futbolçusu Robert Levandovski “Real”ın baş məşqçisi Karlo Ançelottini tərifləyib. Vaxtilə “Bayern”də birgə işləmiş italiyalı polşalı hücumçunun güvənini qazanıb.

Futbolinfo.az xəbər verir ki, hazırda rəqib düşərgədə olmalarına baxmayaraq, Levandovski Ançelottinin onun karyerasında böyük rol oynamasını etiraf edib: “Ançelotti mənə inanılmaz özgüvən verdi. Mənə daha öncə fərqində olmadığım şeyləri anlatdı. O, çox əla insandır, həmişə futbolçusu ilə maraqlanır. Onun üçün məşqçilikdən öncə yaxşı insan olmaq gəlir. Taktikalardan bəhs etmirəm, Karlo öyrənilməsi lazım olan şəxsiyyətdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp