Futbol üzrə Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Alkmaar”ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı 1 xalla tərk edib – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.
“Eyndhoven” hazırda 47 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.