Tyerri Anri Fransanın qadınlardan ibarət milli komandasını çalışdırmaqdan imtina edib. Ötənlərin məşhur hücumçusu kişi futbolunda fəaliyyət göstərmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Belçika millisinin baş məşqçisinin köməkçisi kimi çalışmış fransalı klub futboluna qoşulmaq istəmir. O, ABŞ millisini çalışdırmaq niyyətindədir. Hazırda vakant olan bu postda gözü olan Anri danışıqlar aparır.