Darvin Nunyes martda futbol oynamayacaq. “Liverpul”un uruqvaylı hücumçusu millinin düşərgəsindən ayrılıb.

Yığmaya qoşulmaq üçün vətəninə yollanan futbolçuda zədə aşkarlanıb. Həkimlər bu üzdən onun Yaponiya və Cənubi Koreya milliləri ilə yoldaşlıq görüşlərindən kənar qalmasını məsləhət bilib.

Müalicəsini Uruqvayda davam etdirəcək futbolçu “Liverpul” gələn ay keçirəcəyi önəmli oyunlaradək sıraya qayıtmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp