PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın hücumçusu Lionel Messi ilə münaqişə yaşadığı iddialarına  münasibət bildirib. O, xəbərləri təkzib edib.

Argentinalı hücumçu bir neçə gün əvvəl məşqi yarımçıq tərk edib. Onun  Qaltyenin məşqindən narazı qaldığı üçün bu addımı atdığı yazılır.

Mütəxəssis “Canal+”a açıqlamasında deyib: “Messi ilə münaqişə? Sualınızı gözləmirdim. Çərşənbə günü məşq zamanı Leonel əzələsində ağrı hiss etdi və buna görə məşqdən erkən ayrıldı. Ertəsi gün o, həkim nəzarətində qaldı. Daha sonra komanda ilə məşq etdi. Leo ilə digər oyunçular və ya mənim aramda heç nə baş verməyib”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp