“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasını tərifləyib. “Real” üzərində 2:1 hesablı qələbə ilə çempionluq yolunda böyük addım atan ispan mütəxəssis sərgilədikləri futboldan məmnundur.

3000-ci ev qolunu vuran “Barselona”nın baş məşqçisi deyib: “Bu mövsüm liqada cəmi 10 xal itirmişik. Düşünürəm ki, bu cür göstərici barədə çox az danışılır. Komandanın paltardəyişmə otağı bir ailə kimidir. Biz əla işlər görürük. Bununla çox qürur duyuruq. Serxi Roberto barədə nə deyəcəyimi bilmirəm. Əgər o, başqa klubda olsa idi, bəlkə də ən dəyərli oyunçulardan biri sayılardı. Lakin burada olduğu üçün tənqid olunur. O, oyunun hər cəhətində əla idi. Oyunda açar nöqtələrdən biri də top itkisini, rəqibin əks-hücumlarını azaltmaqdır. Biz oyunu çox əla idarə etdik. Bu gecə “Barselona” baş məşqçisi kimi ən yaxşı günlərimdən birini keçirdim. Xüsusən də Frank Kessye qol vurduğu zaman səs-küydən qulaqlarım tutuldu. Oyunçularım adına çox xoşbəxtəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp