“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri dünənki qələbədən çox razı qalıb. “İnter”I səfər oyununda yeganə qolla yenən turinlilərin çalışdırıcısı xeyli ümidlənib.

Hesabından 15 xal çıxıldığı üçün avrokuboklara vəsiqə qazanması çətinləşən “Qoca Sinyora”nın baş məşqçisi uğurlu çıxışa davam edəcəkləri halda Çempionlar Liqasına yüksələcəklərini düşünür: “İndi mümkün qədər yuxarı qalxmalıyıq. Bu 3 xala ehtiyacımız var idi. Əla bir komandaya qarşı yaxşı futbol oynadıq. Hər işdə ürəkli olmaq, cəsarət tələb edilir. Biz də əla iş bacardıq. İkinci hissədə çətinlik çəksək də, uğurla müdafiə olunduq. Oyunçuların adını bir-bir çəkə bilərəm – hamısı əla oynadı. Xüsusilə Duşan Vlahoviç bəlkə də ən yaxşı oyununu keçirdi”.

Alleqri Anhel di Mariya barədə də danışıb: “Rahatsızlığı var idi. Onu riskə atım uunmüddətli itirmək istəmədim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp