İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcək. Bu barədə “Marca” məlumat yayıb.

Buna səbəb komandanın bu mövsüm uğursuz çıxış etməsidir. Mənbənin məlumatına görə, argentinalı mütəxəssis Avropa Liqasının 1/4 finalında “Mançester Yunayted”lə oyunlardan əvvəl vəzifəsindən göndərilə bilər.

“Sevilya” İspaniya çempionatında 26 turdan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Xorxe Sampaoli ötən ilin oktyabrında Əndəlus təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp