Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində baş tutan “Alanyaspor” ilə səfər oyunu “Fənərbaxça”nın hücumçusu Enner Valensiya üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, ekvadorlu futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda dubla imza atmaqla cari mövsümdə vurduğu qolların sayını 29-a çatdırıb.
Bununla da o, İstanbul təmsilçisinin tarixində bir mövsümdə ən çox qol vuran legionerə çevrilib.
Əvvəlki rekord əfsanəvi futbolçu Aleks de Souzaya məxsus idi. Braziliyalı vaxtilə bu komanda bir mövsümə 28 qol vurmuşdu. O, bunu 2010/11 mövsümündə rəsmiləşdirmişdi.