“Yuventus” İtaliya A Seriyasının 27-ci turunda “İnter”i 1:0 hesabıyla məğlub edib.

Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi 1976/77 mövsümündən sonra ilk dəfə İtaliya çempionatında “İnter”i iki dəfə məğlub edib.

46 il sonra bunu bacaran turinlilər Milan təmsilçisi ilə mövsümün ilk matçını da 2:0 hesablı qələbə ilə başa vurmuşdular.

“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 41 xalla yeddinci, “İnter” isə 50 xalla üçüncüdür. “Yuventus”un məlum səbəblərdən 15 xalı silinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp