“İnter” Edin Ceko ilə anlaşa bilmir. Bosniyalı hücumçunu heyətində saxlamaq istəyən milanlıların təklifi qaneedici deyil.

Futbolinfo.az xəbər verir ki, “İnter” Edinə birillik yeni müqavilə təklif edib. Amma yeni anlaşmada hücumçunun maaşı azaldılıb. Belə ki, indiyədək illik 5,5 milyon avro maaş alan Dzeko 3,3 milyon avroya oynamalıdır. O isə maaş endiriminə razı deyil, üstəlik, 2 illik müqavilə tələb edir.

2021-ci ilin yayında “Roma”dan Milana köçən forvard bəlkə də karyerasının son müqaviləsinə hazırlaşır. 37 yaşlı oyunçu maksimum ço qazanmaq və karyerasını “İnter”də bitirmək niyyətindədir. Lakin klubu da məhz yaşını nəzərə alaraq bosniyalıya görə böyük xərc çəkmək istəmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp