Romelu Lukaku “Real”da peyda ola bilər. “Çelsi”yə məxsus olan, “İnter”də icarə əsasında oynayan belçikalı madridlilərin diqqət mərkəzinə düşüb.

Hücumçu yayda Londona qayıtmalı olacaq. Milanlıların onu birdəfəlik transfer etməyə imkanı yoxdur, üstəlik, Romelu maaşının endirilməsinə razı deyil. “Zadəganlar” da futbolçunu satmağa çalışır.

Belədə “Real”ın ortaya atılması vəziyyəti dəyişib. İspaniya klubu zədələr üzündən bir çox matçlarda komandaya kömək edə bilməyən Kərim Benzemanı əvəz etmək üçün yaxşı mərkəz hücumçusu transfer etməyə çalışır. Lukaku namizədlərdən biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp