Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki ilk oyununun hakimləri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, yığmamızın Avstriya ilə səfər qarşılaşması polşalı hakimlərə tapşırılıb.
“Rayffayzen Arena”da baş tutacaq görüşün baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri Marçin Boniek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damian Kos yerinə yetirəcək.
Xatırladaq ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.