Stolüstü tennisçimiz Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatını qazanıb.

Futbolinfo.az xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Krbacı, yarımfinalda Gülce Dönməzi mübarizədən kənarlaşdırıb. Finalda isə Nil Basarana 2:3 hesabı ilə uduzan Yağmur turnirin gümüş mükafatına layiq görülüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp