Canluici Buffon karyerasının ən böyük üzüntüsünü illərini həsr etdiyi İtaliya klublarında deyil, Fransada yaşayıb. Bu barədə təcrübəli qapıçı özü danışıb.
Futbolinfo.az xəbər verir ki, hazırda “Parma”da çıxış edən 45 yaşlı qolkiper həmin vaxtları belə xatırlayıb: “PSJ-də gördüyüm futbol səviyyəsini həyatımda əsla bir daha görməyəcəyəm. Çempionlar Liqasında oynadığınız və özünüzə bu il yarışı digərlərindən daha güzlü olduğunuz üçün qazanacağınızı rahatlıqla söyləyə biləcəyiniz zaman idi. Amma özümüz hər şeyi məhv etdik. Həmin vaxt “Mançester Yunyted” Parisə gənc heyəti ilə gəldi. Sadəcə, David de Xea, Romelu Lukaku və Markus Reşford təcrübəli idi. Amma biz bacarmadıq. Bu, karyeramın ən böyük peşmanlığıdır. Biz çox güclü, hətta meqa-komanda idik”.
Xatırladaq ki, Buffon “Parma” və “Yuventus”a həsr etdiyi karyerası ərzində yalnız bir dəfə legioner həyatı yaşayıb. Qapıçı 2018/19 mövsümünü PSJ-də keçirmişdi.