“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu uzun müddət meydana çıxa bilməyəcək. Buna səbəb onun zədə almasıdır.

Futbolinfo.az xəbər verir ki, yaponiyalı futbolçu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Sportinq”ə (Portuqaliya) qarşı keçirilən cavab matçında zədələnib. Artıq o, dizindən əməliyyat da olunub.

Futbolçunun mövsümü erkən başa vurduğu dəqiqləşib. O, ən yaxşı halda yayda hazır olacaq.

Qeyd edək ki, Tomiyasu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 qol ötürməsi verib.

Shares: