AÇ-2024-ün seçmə mərhələsinin Ermənistan – Türkiyə oyununun hakimləri məlum olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xose Mariya Sançes olacaq. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.
Martın 25-də Yerevanda keçiriləcək oyun saat 21:00-da başlayacaq.