İspaniyanın “Barselona” klubu keçmiş hücumçusu Lionel Messini geri qaytarmaq istəyir.
Futbolinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı argentinalının Frnasanın PSJ klubu ilə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyəcəyinə ümid bəsləyir.
Belə olan halda “Barselona” Messiyə müqavilə təklif edəcək. Lakin ondan maaşının azaldılması xahiş olunacaq. Əvəzində turnirlərdə uğurlu çıxış edəcəyi təqdirdə, “Barselona” onu klubun gəlirinin müəyyən faizi ilə təmin etməyə hazırlaşır.
Xatırladaq ki, Messi məhz “Barselona”nın yetirməsidir. O, 2021-ci ilin yayına qədər İspaniya klubunda çıxış edib, sonra azad agent kimi PSJ-yə keçib.