“Qalatasaray”ın Azərbaycana səfərinin vaxtı müəyyənləşib. “Qarabağ” klubunun mətbuat xidmətindən verilən xəbərə görə, İstanbul təmsilçisi Bakıya martın 25-də, gecə saat 12-də çarter reysi ilə gələcək. “Sarı-qırmızılar”ın “Qarabağ”la oyun öncəsi məşqi və baş məşqçi Okan Burukun mətbuat konfransı nəzərdə tutulmayıb.

“Qalatasaray” matçdan dərhal sonra Azərbaycanı tərk edəcək. Oyundan sonra isə Okan Burukun mətbuat konfransı planlaşdırılıb.

Xatırladaq ki, “Qarabağ” – Qalatasaray” yoldaşlıq oyunu martın 26-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp