Avstriya millisinin futbolçusu David Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla oyunu buraxacaq. 30 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlasa da, yığmanın baş məşqçisi Ralf Ranqnik onu yığmamızla matçda oynatmamaq qərarına gəlib.

Avstriya mətbuatında Alabanın Avro-2024-cü seçmə mərhələsinin 2-ci turunda Estoniya ilə görüşə hazırlaşdığı vurğulanıb.

Qeyd edək ki, Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp