Xorvatiya millisinin sabiq futbolçusu Şime Vrsalko karyerasını bitirib. Təcrübəli müdafiəçi meydanlarla 31 yaşında vidalaşmaq qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, vidanın səbəbi ardıcıl zədələrdir. Tez-tez sıradan çıxan və sağalması uzun zaman alan oyunçu bu durumdan bezərək getmək qərarı verib.

Vrsalko son olaraq “Olimpiakos”da çıxış edirdi. Yanvarın 1-də yunan klubundan ayrılan oyunçu özünə yeni iş yeri axtarmayıb. O, gələcək həyatını necə quracağını dəqiqləşdirməyib.

Vətənində, eyni zamanda İtaliya klublarında oynayan Vrsalko karyerasının ən parlaq dönəmlərini “Atletiko”da keçirib. O, milli komandanın da aparıcı üzvlərindən idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp