Xordi Alba “Barselona” akademiyasından qovulubmuş. Hazırda əsas komandada kapitan olan cinah müdafiəçisi həmin günləri xatırlayıb.

Futbolinfo.az xəbər verir ki, Alba bir gün akademiyadan göndəriləcəyini gözləyirmiş: “Hər zaman məni akademiyadan qovacaqlarını düşünürdüm. Çünki orada çox istedadlı uşaqlar var idi. Yoldaşlarım çoxdan böyüməyə başlamışdı, mən isə bu baxımdan geri qalırdım. Məni komandada görmək istəməyən bir məşqçimiz var idi və düşüncələrini birbaşa üzümə deyirdi”.

Alba problemin həlli üçün qida mütəxəssisi ilə görüşüb: “Böyüməyimi təmin etmək üçün bir mütəxəssislə görüşdüm. Böyümədiyimə görə evdə yemək yemədiyimi düşündülər, mən isə göründüyüm kimi olduğumu dedim. Sadəcə, boyum kiçik idi”.

Xatırladaq ki, 2003-05-ci illərdə “Barselona” akademiyasında olmuş Alba, sonradan Valensiyanın müxtəlif uşaq komandalarında hazırlaşıb və nəhayət, “yarasalar”ın əsas heyətinə yüksəlib. “Barsa”ya isə 2012-ci ildə 14 milyon avro qarşılığında transfer olunun. Həmin gündən indiki klubunda oynayan 34 yaşlı müdafiəçi kapitanlığa qədər yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp