“Azərbaycan haqqında məlumatım var idi. Bu ölkəyə gəldiyim, burada olduğum üçün şadam. Çox çalışıb komandama kömək edəcəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni transferi Roderik Miller deyib.

31 yaşlı panamalı müdafiəçi Azərbaycan klubuna keçidindən danışıb: “Ümid edirəm ki, burada adaptasiyam rahat və tez keçəcək. Çünki komandama kömək etmək istəyirəm. Hazırlıq durumum heç də pis deyil. Oynaya, “Turan Tovuz”a kömək edə bilərəm. Uyğunlaşma problemini tez həll etmək niyyətindəyəm ki, komandamın yanında olum”.

Miller Azərbaycan barədə belçikalı bir dostundan məlumat aldığını deyib: “Azərbaycan çempionatı haqqında belçikalı bir dostumdan məlumat almışdım. O, rəqabətli bir çempionat olduğunu dedi. Mən də çox istədim ki, bura gəlim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp