Ben Foster karyerasını bərpa edib. Bir müddət öncə futbolla vidalaşdığını bəyan edən qolkiper yenidən oynamaq istəyir.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı qolkiper İngiltərənin 5-ci liqasında mübarizə aparan “Reksxem”lə müqavilə bağlayıb. O, cari mövsümün sonunadək bu komandaya kömək edəcək.

Bir çox Premyer Liqa klubunda oynayan, 5 il “Mançester Yunayted”ə məxsus olan ingilis qapıçı ötən ilin yayında “Uotford”dan ayrılandan bəri işsiz idi. O, artıq məşqçiliyə başlamağı planlaşdırırdı. Amma aşağı liqa klubunun təklifi Beni yenidən əlcək geyməyə həvəsləndirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp