“Tottenhem” heyətini Din Hendersonla gücləndirmək istəyir. Londonlular məhz bu qapıçını veteran Uqo Lorusə layiqli əvəzedici kimi görür.

Hazırda “Nottingem Forest”də icarədə olan Henderson yayda “Tottenhem”ə qoşulacaq. Londonlular onun transferi üçün rəsmi təklif göndərəcək. Futbolçunun transfer hüquqlarına sahib olan “Mançester Yunayted” istədiyi məbləğ təklif olunacağı halda, keçidin əleyhinə deyil. 26 yaşlı oyunçunun “qırmızı şeytanlar”la 2025-ci ilin yayınadək müqaviləsi var.

Henderson “Tottenhem”in ehtiyat variantıdır. Hazırda Cordan Pikfordun transferinə çalışan londonlular, bu variant alınmayacağı halda Dinə yönələcək. Pikfordun transferi isə real görünmür. “Everton” yalnız Premyer Liqadan düşəcəyi təqdirdə qapıçısını sata bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp