“Bayern”də gözlənilməz istefa reallaşıb. Münhenlilər baş məşqçi Yulian Naqelmannı postundan uzaqlaşdırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Tezliklə klubun rəsmi açıqlama verəcəyi gözlənilir.

Komandasını Çempionlar Liqasında ¼ finala çıxaran, Bundesliqada isə çempionluğa əsas namizəd sayılan “Bayern”dəki bu dəyişiklik nəticələrlə bağlı deyil. Yazılanlara inansaq, hər şey Manuel Noyerin istəyi ilə reallaşıb. Kapitan qapıçı məşqçisinin komandadan haqsız yerə uzaqlaşdırılması səbəbindən Naqelsmannla münaqişədə idi. Yekunda klub rəhbərliyi hazırda zədəli olan əsas qolkiperin tərəfini tutub.

Təfərrüatlar tam açıqlanmır, amma son turda “Bayer”ə məğlubiyyətdən sonra rəhbərliyin də Naqelsmannla münaqişə yaşadığı deyilir. Növbəti turda Dortmun “Borussiya”sı ilə həlledici oyun ərəfəsində edilən bu dəyşiklik həm də killoetivdə daxili ab-havanı düzəltməyə hesablanıb.

“Bayern”in yeni baş məşqçisi də bəllidir. Payızda “Çelsi”dən qovulan Tomas Tuhel tezliklə münhelilərin yeni baş məşqçisi olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp