Argentina millisinin 36 yaşlı futbolçusu Lionel Messi karyerasında 800-cü qolunu vurub.

Futbolinfo.az xəbər verir ki, ulduz forvard bunu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənməklə reallaşdırıb.

O, 89-cu dəqiqədə rəqib qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirməklə yanaşı, özü üçün əlamətdar qola imza atıb. Hazırda Fransa PSJ-sində çıxış edən Messi klub karyerasında 701, yığmada isə 99 dəfə fərqlənib.

2005-ci ildən Argentina millisinin formasını geyinən Lionel Messi son dünya çempionudur. O, 2022-ci ildə Qətərdə keçirilən mundialın ən yaxşı oyunçusu seçilib.

Shares: