Almaniyanın “Bayern” komandasının baş məşqçi postunda dəyişiklik edilib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib.

Onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Xatırladaq ki, “Bayern” Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir. Komanda Bundesliqada 52 xalla 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada “Bayer”ə 1:2 hesabı ilə uduzmuş və liderliyi əldən vermişdi.

Xatırladaq ki, Tomas Tuxelin son klubu “Çelsi” olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp