İsveç millisinin hücumameyilli yarımmüdafiəçisi Emil Forsberq AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Belçikaya 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, oyndan sonra yerli mətbuata açıqlamasında Azərbaycana qarşı keçirəcəkləri növbəti matçdan da söz açıb:

“İki gün sonra növbəti oyunumuzu keçirəcəyik. Bu matçda qalib gəlməliyik. Azərbaycanla görüşdə nəyi təkmilləşdirməli olduğumuzu daha yaxşı görəcəyik. Müəyyən vəziyyətlərdə bir az daha aqressiv və cəsarətli olmalıyıq. Bunu etsək, düşünürəm ki, Azərbaycana qalib gəlmək şansımız yüksəkdir”.

İsveç – Azərbaycan oyunu martın 27-də Solnadakı “Frends Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp