Türkiyənin “Qalatasaray” klubu sabah Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi yoldaşlıq oyunu öncəsi sosial şəbəkə hesabında paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin “Twitter” hesabında bunlar qeyd olunub:

“Can Azərbaycanda “Zəfər deyil, səfərbərlik zamanıdır. “Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyunu martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyun Türkiyənin “Haber Global” və Azərbaycanın “CBC Sport” televiziya kanalları vasitəsilə canlı yayımlayacaq. Matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp