Martın 24-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Misir millisi Malavini qəbul edib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Hesabı 20-ci dəqiqədə Məhəmməd Salah açıb. “Liverpul”un hücumçusu üçün bu qol millinin heyətində 50-ci olub.

30 yaşlı hücumçu milli komandanın heyətində cəmi 86 matçda 50 qol vurub və 26 məhsuldar ötürmə edib. Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp