Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsində Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında yaxşı oynamadıqlarını etiraf edib:

“Topu qapının 20 metrliyində itirdik və güclü rəqib tərəfindən cəzalandırıldıq. Futbolçularım çox sadəlövh oynadılar.

Təəssüf ki, bir çox futbolçum virusa yoluxduğu üçün oyunu buraxdı. Lakin əsas məsələ bu deyil. Şübhəsiz ki, yaxşı oynamadıq”.

Fransa milli komandasının baş məşqçisi Didye Deşam isə datmadağını belə dəyərləndirib:

“Niderland yığmasının bəzi problemləri olsa da, dünya çempionatından sonra gözəl geri dönüş etməyi bacardıq. Bu, çox yaxşı idi. Evdə qələbə qazanmaq vacibdir. Qarşıda bizi gözləyən daha bir oyun var”.

Niderland millisi hazırda AÇ-2024-ün B qrupunda 0 xalla sonuncu, Fransa isə 3 xalla birincidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp