“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb.

Futbolinfo.az xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.

“Zirə”nin nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər Kubokunun seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp