Cənubi Koreya millisinin hücumçusu San Bin Çon İngiltərənin “Vulverhempton” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, gənc futbolçu ABŞ-ın “Minnesota Yunayted” komandasına transfer olunub.

Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Minnesota təmsilçisi bu keçidə görə Premyer Liqa klubuna 2.5 milyon avro ödəybib.

Çon “Vulverhempton”a 2022-ci ilin yanvarında Cənubi Koreyanın “Suvon” klubundan 1.2 milyon avroya transfer olunmuşdu. O, İngiltərə klubunda heyətə düşə bilmədiyi üçün İsveçrənin “Qrasshopper” klubuna icarəyə verilmişdi. Gənc hücumçu Cənubi Koreya yığmasına 1 oyun keçirib və 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp