Futbol üzrə İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmaslna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, İtaliyanın “Milan” klubunda çıxış edən 42 yaşlı forvard bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib:

“Sabahkı qarşılaşma tam fərqli olacaq. Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.

Xatırladaq ki, martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp