İspaniya millisi Avropa çempionatlarının seçmə mərhələlərində evdəki qələbə seriyasını 23 matça çatdırıb. Komanda Luis de la Fuentenin rəhbərliyi altında debüt oyununda Norveçi böyük hesabla məğlub edib – 3:0.

İspanlar sonuncu dəfə seçmə mərhələdə 2003-cü il iyunun 7-də ev oyununda xal itiriblər. Komanda Yunanıstana 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-ün seçmə mərhələsində martın 28-də Şotlandiya ilə səfərdə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp