“Qalatasaray” “Qarabağ”la İstanbulda da qarşılaşmaq istəyir. Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek klubun telekanalına açıqlamasında deyib.

O, Ağdam təmsilçisini İstanbula dəvət etdiyini bildirib: “İki qardaş ölkənin iki qardaş komandası olaraq fəaliyyətlərimizin bir hissəsini birləşdirəcəyik. “Qarabağ”ı İstanbulda dostluq matçı oynamağa dəvət etdim”.

Dursun Özbek həmçinin bildirib ki, “Qarabağ”ın formaları “Qalatasaray”ın mağazalarında satışa çıxarılacaq. Ağdam təmsilçisi də eyni addımı atacaq: “Qarşıdakı həftə “Qarabağ” ilə qardaş klub olmağımızı tanıtmağa başlayacağıq. Mağazalarımızda “Qarabağ” formalarını satıb, “Qarabağ”ı anladacağıq. “Qarabağ”ın mağazalarında da “Qalatasaray”ın formaları satılacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp