“Tottenhem” baş məşqçi Antonio Konte ilə yollarını ayırdı. Klubun rəsmi açıqlasında tərəflərin qarşılıqlı razılıqla mövsümün sonunda bitəcək müqaviləni indidən pozduğu bildirilir.

Futbolinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 2021-ci ildən London klubunu çalışdırırdı. Daha öncə İtalya millisində və klublarında çalışmış Konte, İngiltərədə “Çelsi”nin də baş məşqçisi olmuşdu. Onun digər paytaxt təmsilçisində fəaliyyəti də 2 ilə yekunlaşmışdı.

Konte “Tottenhem” rəhbərliyinin siyasətindən narazı idi və yaxınlarda tənqidi fikirlərini mətbuatda da dilə gətirmişdi. Bu səbəbdən onun yayda bitən müqaviləsinin yenilənməyəcəyi bəlli idi. Lakin tərəflər mövsümün yekunlaşmasını gözləmədən vida qərarı verdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp