“Tottenhem” yeni baş məşqçi axtarışına başlayıb. Dünən Antonio Konte ilə yayda bitəcək müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verən londonlular ən doğru qərarı verməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, bir neçə namizəd arasından seçim edən “Tottenhem” rəhbərliyinin sabiq çalışdırıcı Mauritsio Poçettinoya dəvət göndərəcəyi gözlənilir. Amma hər şeyə bir müddət sonra aydınlıq gələcək. Argentinal mütəxəssisin “Real” və ya PSJ-yə getmək variantı da olduğundan danışıqlar uzanır.

Hələlik komanda Kontenin köməkçisi Kristian Stelliniyə həvalə olunub. Qarşıdakı matçlara londonluları bu mütəxəssis hazırlayacaq. Antonio ilin əvvəlində əməliyyat olunduğundan bir müddət komandadan kənar qalmış, “Tottenhem” Stellininin rəhbərliyi altında uğurlu nəticələr qazanmışdı. Bu səbəbdən onun daimi əsasda işləmək üçün yaya kimi özünü sübut etmək şansı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp